"ABŞ avropalı müttəfiqlərinin oxşar addımları olmadan Pekinin Rusiya neftini almasına cavab olaraq Çin məhsullarına qarşı rüsumlar tətbiq etməyəcək".
King.Az-ın xəbərinə görə, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Reuters" və "Bloomberg" agentliklərinə müsahibəsində deyib.
"Biz avropalıların indi öz töhfələrini verəcəklərini gözləyirik və avropalılarsız hərəkət etməyəcəyik", - deyə o, tariflərin tətbiqi mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
Sentyabrın 13-də ABŞ Prezidenti Donald Tramp bütün NATO ölkələri Rusiya neftini almağı dayandırarsa, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirmişdi.
Oxşar Mövzular
ABŞ Moskva və Kiyev arasında vasitəçi olmayacaq - AÇIQLAMA
2-05-2025, 14:14
Gündəlik Bürclər-(13.04.2026)
13-04-2026, 00:00Gündəlik Bürclər-(12.12.2024)
12-12-2024, 00:10