Türkiyə Trabzon şəhərinin Akçaabat rayonunda xırdavat və inşaat materialları satılan ticarət mərkəzinin anbarında yanğın başlayıb.
Bu barədə King.Az "TGTR Haber"ə istinadən xəbər verir.
Məlumata görə, yanğının səbəbi hələ dəqiqləşdirilməyib, səmanı qatı qara tüstü bürüyüb. Hadisə yerinə Böyükşəhər Bələdiyyəsi yanğınsöndürmə qrupları cəlb edilib.
Yanğın səbəbindən Qara dəniz Sahil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, alovların söndürülməsi işləri davam edir.
Oxşar Mövzular
Mikayıl Cabbarov Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib
29-10-2025, 12:25
Amsterdamdan radikal qərar: Ət və yanacaq reklamına qadağa
21-02-2026, 14:28