0
Çərşənbə axşamı
Sen 23

Robert De Niro kurort açacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Tanınmış aktyor Robert De Niro Karib adalarından birində kurort açacaq.

King.Az "DailyAfisha"ya istinadən xəbər verir ki, kurort "Beach Club Barbuda" çimərliyi sahilində yerləşəcək.

Kurortda 36 otaqlı "Nobu Beach Inn" hoteli, şəxsi villalar və suüstü evlər olacaq. Obyektin 2026-cı ilin noyabrında istifadəyə verilməsi planlaşdırılır.

Qeyd olunub ki, De Niro ətraf mühitə və əraziyə vizual təsiri minimuma endirməyə çalışır. Onun komandası adanın mənzərəsini qorumaq üçün təbii materiallardan və yerli bitkilərdən istifadə edir.

Şərhlər (0)

Şərh yaz