Argentina hökuməti maliyyə yardımı müqabilində ölkənin cənubundakı hərbi bazada ABŞ hərbçilərinin yerləşdirilməsinə icazə verməyə hazır olduğunu açıqlayıb.
King.Az xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Bildirilib ki, Buenos-Ayres hökuməti Uşuaya şəhərində inşa edilən bazanın ABŞ hərbçiləri tərəfindən istifadəsini müzakirə edir. Məhz bu səbəbdən Argentina Prezidenti Xavyer Mileylə birlikdə Nyu-Yorka gedən nümayəndə heyətinin tərkibinə müdafiə naziri Luis Petri də daxil edilib.
Qeyd edilir ki, ABŞ tərəfi Buenos-Ayresi Çinlə valyuta svopundan imtina etməyə çağırır. Vaşinqtonun məqsədi Pekinin regiondakı təsirini azaltmaqdır.
Çərşənbə axşamı Prezident Xavyer Miley Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb. Ötən həftə isə o, hökumətinin ABŞ ilə borcların ödənilməsi üçün maliyyə dəstəyi imkanlarını müzakirə etdiyini açıqlamışdı.
Oxşar Mövzular
RILTIM - Sweet Feeling (Original Mix)
10-09-2024, 00:44
Gündəlik Bürclər-(06.07.2025)
6-07-2025, 00:00"Beşiktaş" klubunun borcu 12 milyardı keçib
26-10-2024, 18:43