0
Şənbə
Sen 27

ABŞ İran milli komandasına viza vermədi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"İranın polo üzrə milli komandası 2025-ci il Dünya Kubokunun final mərhələsində iştirak edə bilməyəcək".

King.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın Polo Federasiyasının prezidenti Məhəmməd Nazeri deyib:

"Təəssüf ki, milli komandaya viza verilmədiyi üçün idmançıları ABŞ-də keçiriləcək dünya çempionatına göndərmək mümkün olmayıb", - o bildirib.

Qeyd edək ki, polo üzrə dünya çempionatı ABŞ-nin Virciniya ştatında keçiriləcək. Turnirdə ev sahibi ilə yanaşı, Fransa (hazırkıçempion), Argentina komandaları, həmçinin Cənubi Amerika, Mərkəzi Asiya və Afrikadan olan yığmalar iştirak edəcək.

Şərhlər (0)

Şərh yaz