Milli Məclis 27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat qəbul edib.
King.Az-ın məlumatına görə, məsələ parlamentin 2025-ci il payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirəyə çıxarılıb.
Bəyanatın mətnini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov oxuyub.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.