Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın Nobel Sülh Mükafatı namizədliyinə təsir göstərə bilər.
King.Az-ın verdiyi məlumata görə, bu barədə "Hürriyet"də dərc olunan məqalədə qeyd edilib.
Yazıda vurğulanır ki, Türkiyə liderinin Qəzza münaqişəsinin həllində vasitəçilik səyləri Ağ Ev rəhbərinin mükafat almasına böyük töhfə verə bilər.
Qeyd edək ki, bu gün İsveçdə "Nobel həftəsi" başlayır. Tədbir fiziologiya və tibb üzrə Nobel Mükafatının qalibinin elan edilməsi ilə açılacaq. Fizika üzrə qaliblərin adları oktyabrın 7-də, kimya üzrə oktyabrın 8-də, ədəbiyyat üzrə oktyabrın 9-da açıqlanacaq.
Sülh Mükafatının laureatı isə oktyabrın 10-da Osloda elan olunacaq.
Bundan başqa, İsveç Milli Bankı tərəfindən 1968-ci ildə təsis edilən iqtisadiyyat elmləri üzrə Alfred Nobel Xatirə Mükafatının sahibi oktyabrın 19-da bəlli olacaq.
Oxşar Mövzular
Prezident İlham Əliyev Belarusun baş nazirini qəbul edib
6-05-2025, 12:23