0
Şənbə
Okt 11

KİV: Venesuela ABŞ ilə qarşıdurmanı bitirmək üçün neft yataqları üzərində nəzarət təklif edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Venesuela Vaşinqton və Karakas arasındakı qarşıdurmanı bitirmək üçün özünün neft sahəsində ABŞ-yə dominant rol təklif edib.

King.Az bildirir ki, bu barədə "The New York Times" qəzeti danışıqlara yaxın olan bir neçə mənbəyə istinadən xəbər verib.

ABŞ-yə, həmçinin Venesuelanın qızıl mədən biznesinə giriş imkanı da təklif edilib. Bütün bu güzəştlər Venesuela Prezidenti Nikolas Maduronun icazəsi ilə təklif olunub.

İqtisadi faydalarına baxmayaraq, Ağ Ev Venesuelanın təkliflərini rədd edib və Latın Amerikası ölkəsi ilə diplomatik əlaqələri kəsib.

Şərhlər (0)

Şərh yaz