Türkiyə Milli Müdafiə Nazirliyi 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
King.Az bildirir ki, nazirlik bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"İki bədəndə bir can - Türkiyə və Azərbaycan! Qardaş Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, qəhrəman Azərbaycan xalqını ürəkdən salamlayırıq.
Qardaşlarımızla "Bir Millət, İki Dövlət" anlayışı ilə həmişə birlikdə olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!", - deyə paylaşımda qeyd olunub.
Oxşar Mövzular

Rəhim Sadıxov Azərbaycan çempionatlarında yubiley qolunu vurub
26-01-2026, 14:53
"FIFA Series - 2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
30-03-2026, 17:50