"Rusiya Avropadakı dondurulmuş aktivlərinə nəzarəti bərpa edə bilsə, onlara kompensasiya lazımdır".
King.Az "Euractiv"ə istinadən xəbər verir ki, bunu Belçikanın Baş naziri Bart de Vever deyib.
Onun sözlərinə görə, ən vacib şərt aktivləri üçün Rusiyaya dərhal kompensasiya verilməsinə zəmanət verilməsi olacaq.
Bildirilir ki, bu tələb danışıqlar masasında böyük maraq yaratmayıb.
Oktyabrın 23-də Belçika dövləti yurisdiksiyasında bloklanmış Rusiya aktivlərinin müsadirə edilməsini dəstəkləməyib.
Belçika Avropa İttifaqının "2026-2027-ci illərdə Ukrayna üçün maliyyə təminatını təmin etmək" öhdəliyinin tərəfdarıdır.
Bununla belə, rəsmi Brüssel hesab edir ki, Rusiya aktivləri hərbi münaqişə bitənə qədər dondurulmuş vəziyyətdə qalmalıdır.
Avropada dondurulmuş Rusiya aktivlərinin əksəriyyəti - 200 milyard avrodan bir qədər çoxu - Belçikadakı "Euroclear" depozitarında bloklanıb.
