0
Çərşənbə
Okt 29

ABŞ-də səsdənsürətli "X-59" təyyarəsi ilk dəfə havaya qalxıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Lockheed Martin" şirkəti NASA ilə əməkdaşlıq şəraitində səsdənsürətli "X-59" təyyarəsinin ilk sınaq uçuşunu uğurla həyata keçirib.

King.Az xəbər verir ki, bu barədə məlumat ABŞ Hərbi-Sənaye Korporasiyasının mətbuat üçün açıqlamasında yer alıb.

Bildirilir ki, sınaqlar Kaliforniyada keçirilib: "X-59" ABŞ Hərbi Hava Qüvvələrinin Palmdeyldəki "Plant 42" aviabazasından qalxıb və Edvardsda NASA-nın Armstronq adına Tədqiqat Mərkəzi yaxınlığında yerə enib. Qeyd olunur ki, uçuş normal keçib, təyyarə özünün uçuş xüsusiyyətlərini və aerodinamik göstəricilərini təsdiqləyib.

Şirkətin vitse-prezidenti və baş direktoru O.C.Sançes deyib ki, bu təyyarə innovasiyaların və komandamızın təcrübəsinin sübutudur. Biz səsdənsürətli texnologiyaların inkişafının ön cəbhəsində olmağımızdan qürur duyuruq.

Şərhlər (0)

Şərh yaz