0
Cümə
Noy 07

Türkiyə COP31-ə ev sahibliyi etməyə namizəd oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Türkiyə COP31 İqlim Konfransına ev sahibliyi etmək iddiasını rəsmən bəyan edib.

King.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz açıqlayıb.

Türkiyə rəsmisi Braziliyanın Belem şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 30-cu sessiyasında (COP30) çıxışı zamanı deyib.

Yılmaz bildirib ki, Türkiyə iqlim gündəmini qlobal miqyasda gücləndirmək öhdəliyini nümayiş etdirmək üçün COP31-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. O, ölkəsinin iqlim dəyişikliyi ilə mübarizədə cənub və şimal arasında körpü rolunu oynamağa hazır olduğunu da bildirib.

Şərhlər (0)

Şərh yaz