ABŞ-də keçirilən "Laughlin Desert Classic" səhra yarışında qəribə hadisə baş verib.
King.Az "The Drive"a istinadən xəbər verir ki, yarış zamanı nəqliyyat vasitələrindən birinin ötürücü qutusunda nasazlıq yaranıb və o yalnız geriyə doğru hərəkət edə bilib.
Heyət təslim olmamaq qərarına gəlib və qalan 12 km məsafədə avtomobili geriyə doğru sürərək finiş xəttinə 10-cu çatıb.
Bütövlükdə, yarışda 17 komanda iştirak edib.
Oxşar Mövzular
İngiltərə Supekubokunun sahibi bəlli oldu
10-08-2025, 22:17Türkiyə daha dörd ölkə ilə PKK və İŞİD-ə qarşı mübarizə mərkəzi yaradır
10-03-2025, 02:23