0
Bazar ertəsi
Noy 10

Dünyada ən çox kiberhücuma məruz qalan ölkələr

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

2025-ci ilin üçüncü rübünün nəticələrinə görə, bu dövrdə dünya üzrə kiberhücumların ümumi sayı illik müqayisədə 82% artıb.

King.Az xəbər verir ki, bu barədə "StormWall" məlumat yayıb.

DDoS antireytinqində ABŞ (14,2%), Çin (12,6%) və Hindistan (10,4%) lider olaraq qalır.

Mütəxəssislər ABŞ-nin liderliyini geosiyasi gərginliklə əlaqələndirirlər. Çində şantaj xarakterli kiberhücumlar üstünlük təşkil edir. Hindistanda isə kiberhücumlar sırf qazanc ilə motivasiya olunur.

İlk onluğa həmçinin Rusiya (9,6%), Almaniya (8,6%), Böyük Britaniya (8,1%) və Fransa (7,3%) daxil olub.

Şərhlər (0)

Şərh yaz