Bakıda bank tərəfindən hərraca çıxarılmış avtomobilləri almaq istəyən bir neçə nəfərə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.
King.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi paytaxt sakini 1991-ci il təvəllüdlü Etibar Məmmədəli oğlu Aslanov və Xaçmaz rayon sakini 1982-ci il təvəllüdlü Nihad Nüsrət oğlu Teyyubova hökm oxuyub.
Məhkəmə hər iki şəxsi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri (Dələduzluq - təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilib.
N.Teyyubov 2 il 6 ay, E.Aslanov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da təmin edib.
Xatırladaq ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Etibar Aslanov və Nihat Teyyubov saxlanılıblar.
Oxşar Mövzular
31 mart soyqırımından 107 il keçir
31-03-2025, 10:33
Bakıda 66 yaşlı kişi dəm qazından zəhərlənib öldü
12-01-2026, 14:02Yer kürəsində son iki ayın ən güclü maqnit qasırğası başa çatıb
10-08-2025, 20:36