0
Cümə axşamı
Noy 20

Marsda planetə aid olmayan daş tapıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

NASA-nın "Perseverance" roveri Marsın səthində qeyri-adi bir daş aşkar edib. Ehtimal olunur ki, bu daş Günəş sisteminin başqa bir hissəsindən gələn meteoritdir.

King.Az "Daily Mail"ə istinadən xəbər verir ki, alimlər lazer spektrometrindən istifadə edərək daşın tərkibini təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

"Phobosaxla" adlandırılan, eni 80 sm olan daş Cezero kraterinin kənarında tapılıb. Onun tərkibində meteoritlər üçün xarakterik olan dəmir və nikel müəyyən edilib. Bu elementlərin kombinasiyası adətən böyük asteroidlərin nüvələrində formalaşan meteoritlərlə əlaqələndirilir və Marsda tapılan bu daşın kənarmənşəli olduğunu göstərir.

Şərhlər (0)

Şərh yaz