Finlandiya Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayıb.
King.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Finlandiya Müdafiə Qüvvələrinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, 27 noyabr-4 dekabr tarixləri arasında davam edəcək təlimlərdə 6 500 əsgər və 900-dən çox texnika iştirak edir.
Təlimlər Uusimaa, Pyayat-Hyame və Rusiya ilə həmsərhəd Kyumenlaakso bölgələrində keçirilir.
Müdafiə Nazirliyindən vurğulanıb ki, təlimlər bölmələr arasında uyğunluğun dəstəklənməsi və Finlandiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qorunmasına yönələcək.
Oxşar Mövzular

İngiltərə Premyer Liqası: "Liverpul"dan çətin səfər qələbəsi
12-02-2026, 13:43
Ermənistan soyuq müharibə meydanına çevrilir
2-04-2026, 12:36