Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində müşavirlər işdən azad olunublar.
Bu barədə King.Az-a məlumat daxil olub.
Məlumatda üç şəxsin dövlət satınalmaları ilə bağlı hüquq pozuntuları səbəbindən işdən çıxarıldığı qeyd edilir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən King.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əhməd Həsənov və Elşən Həsənov müxtəlif vaxtlarda öz ərizələri əsasında işdən ayrılıblar:
"Cəfər Babayev isə hazırda sədrin müşaviri qismində agentlikdə çalışır".
Oxşar Mövzular
Rumıniya Parlamenti Senatının rəhbəri Azərbaycana rəsmi səfərə gəlib
13-04-2025, 17:54İtaliya A Seriyası: "İnter" səfərdə "Leççe"ni darmadağın etdi
27-01-2025, 00:45