Türkiyənin Osmaniye şəhərinin Bahçe rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub.
Bu barədə King.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, qəza nəticəsində altı nəfər ölüb, 11 nəfər yaralanıb.
Yaralılar Osmaniyedəki müxtəlif xəstəxanalara aparılıblar.
Qəza səbəbindən magistral yolun Qaziantep istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tək zolaqla məhdudlaşdırılıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Oxşar Mövzular
Tural Ali & Kamran Selimli - Mugam
24-11-2024, 15:53Mask Nobel sülh mükafatına namizəd oldu
30-01-2025, 10:34