Bu gün səhər saatlarında günəşdə ən yüksəksəviyyəli - X dərəcəli partlayış qeydə alınıb.
King.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Məlumata görə, partlayış 15 dəqiqə davam edib.
Bundan əvvəl, dekabrın 8-nə keçən gecə Günəşdə iki ədəd M sinifli partlayış qeydə alınıb.
Qeyd edək ki, Günəş partlayışları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Bu şüaların yaratdığı radiasiya buludları Yerə çataraq maqnit qasırğalarına səbəb ola bilər.
Oxşar Mövzular

Məşhur aktyor Ceyms Van Der Bik vəfat edib
12-02-2026, 13:40Hindistanda aqressiv meymunlar kəndi "işğal etdilər"
26-12-2024, 15:32
