"Biz çox istəyərik ki, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri və digər bizi bir-birimizə sıx bağlayan əlaqələri artıraq".
King.Az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
"Eyni zamanda, bizim enerji sahəsində də sıx əlaqələrimiz var. Regional və geosiyasi vəziyyətlə bağlı da fikir mübadiləsi apardıq. Biz, həmçinin Qafqazla və "3+3" formatı ilə bağlı da müzakirələr apardıq. Bu platforma regionda sülh və sabitlik üçün önəmlidir. Bizim xarici siyasətimizdə əsas prioritetlərdən biri də Azərbaycanla əlaqələrin inkişaf etdirilməsidir. Əminəm ki, iki ölkə arasında əlaqələr bundan sonra da inkişaf edəcək. İcazə verməməliyik ki, hansısa bir tərəf münasibətlərimizə xələl gətirsin. Ümid edirəm ki, gələn görüşümüz Tehranda olacaq".
Oxşar Mövzular


