0
Şənbə
Dek 13

2026-cı ildə smartfon və kompüterlər zəifləyə bilər - SƏBƏB

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

2026-cı ildə smartfon və fərdi kompüter istehsalçıları qənaət məqsədilə cihazlarının texniki göstəricilərini aşağı salmağa məcbur qala bilərlər.

King.Az bildirir ki, bu barədə "TrendForce" analitik şirkətinin hesabatında qeyd olunub.

Məlumata görə, flaqman smartfon istehsalçıları cihazlarında 16 GB operativ yaddaşdan (RAM) əvvəlki illərlə müqayisədə daha az istifadə edəcəklər. Bununla belə, ən bahalı modelləri seçən istifadəçilərdə bu tendensiya nisbətən az hiss olunacaq.

Orta seqment smartfonlarda RAM həcmi əsasən 8 GB səviyyəsində qalacaq, eyni zamanda bazara 6 GB operativ yaddaşa malik modellər daha tez-tez çıxarılacaq. Ən çox təsiri isə ucuz telefon alıcıları hiss edəcəklər. Belə ki, istehsalçılar satışa daha çox 4 GB RAM-lı, əlçatan modellər təqdim edəcəklər.

Hesabatda həmçinin qeyd olunur ki, ortasəviyyəli notbuklar üçün RAM standartı 16 GB olacaq. Daha ucuz modellərdə isə operativ yaddaşın həcmi əsasən 8 GB-la məhdudlaşacaq.

Şərhlər (0)

Şərh yaz