"Oracle Corp."un qurucusu Larri Ellisonin sərvəti şirkətin səhmlərinin tarixi enişi nəticəsində bir gün ərzində təxminən 25 milyard dollar azalıb.
King.Az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, "Oracle" korporasiyasının səhmlərinin dəyəri süni intellekt üçün məlumat emalı mərkəzlərinə xərclərin kəskin artımını əks etdirən gəlir hesabatının təqdim edilməsindən sonra düşüb.
Belə ki, səhmlər 11% dəyər itirərək, Ellison üçün 24.9 milyard dollarlıq zərərə səbəb olub.
Xatırladaq ki, Ellison hazırda dünyanın ən varlı üçüncü adamıdır.
Oxşar Mövzular

Tehranda səssiz gözlənti: Xameneidən sonra kim?
25-02-2026, 12:15