Avropa İttifaqının (Aİ) sammitinin iştirakçıları Ukraynaya iki il ərzində 90 milyard avro məbləğində maliyyə yardımı edilməsi barədə razılığa gəliblər.
King.Az xəbər verir ki, bu barədə Aİ-nin prezidenti Antoniu Koşta məlumat verib.
Onun sözlərinə görə, vəsaitin ayrılması qərarı ümumavropa kreditinin bir hissəsi kimi qəbul edilib. Koşta bu planın dondurulmuş Rusiya aktivlərindən istifadəni əhatə edib-etməyəcəyini açıqlamayıb.
"Biz razılığa gəldik. 2026-27-ci illərdə Ukraynaya 90 milyard avro dəstək göstərmək qərarı verilib", - deyə Aİ prezidenti bildirib.