0
Şənbə
Dek 20

Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Belçikanın Jenap şəhərindəki Napoleonun Sonuncu Dayanacağı Muzeyi iki nəfər tərəfindən qarət edilib.

King.Az xəbər verir ki, bu barədə RTBF televiziya kanalı məlumat yayıb.

Məlumata görə, oğrular binaya pəncərəni sındıraraq daxil olublar. Daha sonra onlar içindəki əşyaları oğurlamaq üçün bir neçə vitrini qırıblar.

Oğurlanmış əşyalar arasında Napoleona məxsus beş brilyantla bəzədilmiş 18 karatlıq qızıl üzük də var. Bu üzük 18 iyun 1815-ci ildə Vaterloo döyüşündən sonra imperatorun qaçışı zamanı tapılıb. Napoleon dövrünə aid qızıl və gümüş sikkələr də oğurlanıb.

Hadisə ilə bağlı müvafiq qurumlara şikayət edilib. Hazırda araşdırma aparılır.

Şərhlər (0)

Şərh yaz