0
Çərşənbə axşamı
Dek 23

Tramp "F-35" istehsalçılarını tənqid etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp beşinci nəsil "F-35" qırıcı təyyarələrinin istehsalçılarını tənqid edib.

King.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Tramp Florida ştatındakı Mar-a-Laqo malikanəsində çıxışı zamanı danışıb.

Onun tənqidinə səbəb qırıcı təyyarələrin ABŞ-yə və müttəfiqlərinə çatdırılma sürətinin yetərli olmaması olub.

"Çox insan var ki, "F-35" əldə etmək istəyir, onların müttəfiqlərimizə və ya bizə çatdırılması isə çox vaxt aparır. Onların çatdırılmanı sürətləndirməsinin yeganə yolu yeni zavodların tikilməsidir", - deyə Tramp qeyd edib.

Şərhlər (0)

Şərh yaz