ABŞ bu həftə Karib hövzəsinə xüsusi təyinatlı çoxlu sayda təyyarə, eləcə də qoşunlar və hərbi texnika daşıyan bir neçə yük təyyarəsi göndərib.
King.Az bu barədə "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, bölgəyə xüsusi əməliyyat qüvvələri tərəfindən istifadə olunan azı 10 ədəd "CV-22 Osprey" konvertoplanı göndərilib.
Bundan başqa, "C-17" tipli yük təyyarələri də əraziyə çatıb. Bu təyyarələr vasitəsilə hərbi qulluqçular və zirehli texnika daşınıb.

