Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsinin tədqiqatçıları 72 kubitdən ibarət, tək neytral rubidium atomlarına əsaslanan kvant kompüterinin prototipini hazırlayıb və sınaqdan keçiriblər.
King.Az bu barədə TASS-a istinadən xəbər verir.
"Rosatom Kvant Texnologiyaları" şirkətinin məlumatına görə, əgər 2030-cu ilə qədər kvant kompüterlərin yüksək əməliyyat dəqiqliyi bir neçə yüz kubit səviyyəsinə çatarsa, bu, unikal alqoritmlərin işlədilməsini mümkün edəcək. Beləliklə, cihaz artıq klassik kompüterlərin öhdəsindən gələ bilməyəcəyi tapşırıqları yerinə yetirə biləcək.
Alimlərin apardığı təcrübələr göstərib ki, mövcud prototip məntiqi əməliyyatları 94% dəqiqliklə yerinə yetirir ki, bu da cihazın bir çox praktik təcrübələrdə istifadə edilməsinə imkan verir.
Oxşar Mövzular

Yaponiyada güclü zəlzələ: Yaralananlar var
21-04-2026, 16:35Əfsanəvi yarış avtomobili satışa çıxarıldı
3-01-2025, 17:58
Maraqlı eksperiment: Süni intellekt danışıqlar apardı, alqı-satqı etdi
27-04-2026, 11:20