"All I Want for Christmas Is You" hit mahnısını plagiat etməkdə Meraya Kerini ittiham edən musiqiçilər Endi Stoun və Troy Pauers ona təzminat ödəyəcəklər.
King.Az bu barədə TMZ portalına istinadən xəbər verir.
Sənətçilərin həmkarına qarşı qaldırdığı iddia hələ mart ayında rədd edilmişdi. İndi isə ABŞ məhkəməsi ittihamların əsassız olması səbəbindən 92 min dollar ödəməyi onların öhdəsinə qoyub.
Stoun və Pauers 2022-ci ildə Keriyə qarşı müəllif hüquqlarının pozulması iddiası qaldıraraq, müğənninin və onun həmmüəllifi Volter Afanasyevin 1989-cu ildə "Vince Vance & the Valiants" qrupu üçün yazdıqları eyniadlı mahnının "populyarlığından və unikal üslubundan istifadə etdiklərini" iddia etmişdilər.
Keri isə öz kompozisiyasını beş il sonra təqdim etmişdi. İddiaçılar 20 milyon dollar məbləğində təzminat tələb edirdilər.
Oxşar Mövzular
Həkimə müraciət edən Braziliya prezidentinin diaqnozu bilindi
27-05-2025, 12:27