Azərbaycanın qərb bölgəsində güclü qar dağlıq rayonlarda avtomobillərin hərəkətində çətinliklər yaradıb.
King.Az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy və Göygöl-Toğanalı-Kəlbəcər yolunun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti qismən çətinləşib.
Bu hal Şəmkir-Gədəbəy yolunun "Yasamal aşırımı" adlanan hissəsində, Gəncə-Daşkəsən avtomobil yolunun bəzi hissələrində və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun ucqar kəndlərindən keçən hissələrində daha çox müşahidə olunur.
Oxşar Mövzular
Baydenin oğlunun evi külə döndü
10-01-2025, 22:20Kaliforniya meşə yanğınlarında ölənlərin sayı artıb
13-01-2025, 16:42"Mançester Siti"nin "uğursuzluq zolağı"
2-12-2024, 11:26