0
Bazar
Dek 28

Maskdan XƏBƏRDARLIQ: "ABŞ təkpartiyalı dövlətə çevrilə bilər"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Radikal solçu siyasətçilər qanunsuz immiqrasiyanı təşviq etdikləri üçün ABŞ təkpartiyalı dövlətə çevrilə və demokratiyanı itirə bilər".

King.Az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask bildirib.

"Radikal solçular uzun müddətdir ki, seçkilərdə qalib gəlmək və ABŞ-ni təkpartiyalı dövlətə çevirmək, əsl demokratiyanı məhv etmək məqsədilə çox sayda qanunsuz immiqrantı ölkəyə gətirmək üçün saxta hökumət proqramlarından istifadə edirlər. Bunu izlədikcə vergilərinizin nəyə yönəldiyinə və bu proses dayandırılmazsa, səsinizin necə əhəmiyyətsiz olacağına görə dəhşətə gəlirsiniz", - milyarder özünün X səhifəsində yazıb.

Mask hesab edir ki, oxşar proses Avropa, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyada da cərəyan edir.

Şərhlər (0)

Şərh yaz