0
Bazar ertəsi
Dek 29

Yohan Kroyfun oğlu "Ayaks"da çalışacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Niderland millisinin və "Ayaks" klubunun əfsanəvi futbolçusu və məşqçisi Yohan Kroyfun oğlu Yordi Kroyf "Ayaks"da çalışacaq.

King.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kroyf texniki direktor vəzifəsinə təyin olunub. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 11 il "Ayaks" klubunda oynayan Yohan Kroyf 281 oyunda 204 qol vurub. Futbolçu karyerasını bitirdikdən sonra isə üç il "Ayaks" komandasına baş məşqçilik edib.

Şərhlər (0)

Şərh yaz