0
Çərşənbə axşamı
Dek 30

Moskvada MDB ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 39-cu iclası keçirilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 39-cu iclasında MDB-yə üzv dövlətlərin feldyeger rabitəsi xidmətlərinin nümayəndə heyətləri iştirak edib və Azərbaycan Respublikasını iclasda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) təmsil edib.

King.Az xəbər verir ki, bu barədə dövlət xidməti məlumat yayıb.

İclas çərçivəsində Koordinasiya Şurasına üzv dövlətlərin rəhbərləri, hökumətləri və mərkəzi icra hakimiyyəti orqanları arasında rəsmi yazışmaların operativ və təhlükəsiz şəkildə çatdırılmasının təmin olunması ilə bağlı məsələlər müzakirə edib.

İclasın yekunlarına dair müvafiq protokol imzalanıb.

Qeyd edək ki, MDB ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası XRİTDX-nin sədrliyi ilə Bakı şəhərində keçirilib.

Şərhlər (0)

Şərh yaz