0
Bazar
Yan 04

Zelenski yenidən Trampla görüşəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla sülh planını müzakirə etmək üçün yanvar ayının sonunda yeni görüş keçirəcək.

King.Az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı açıqlama verib.

O bildirib ki, Ukrayna nümayəndə heyəti Avropaya səfər edəcək.

"Bundan sonra liderlərin görüşü olacaq və təhlükəsizlik sənədləri təsdiqlənəcək. Liderlər bir çox müxtəlif məsələləri müzakirə edəcəklər, lakin diqqət təhlükəsizlik zəmanətləri və yenidənqurmaya yönələcək", - Zelenski bildirib.

Prezident əlavə edib ki, bu görüşlər Parisdə keçiriləcək.

Xatırladaq ki, ötən il dekabrın 28-də Ukrayna və ABŞ prezidentləri Floridada görüşüblər.

Şərhlər (0)

Şərh yaz