0
Bazar ertəsi
Yan 05

Azərbaycanda yeni qatar reysi açılır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti 12 yanvardan etibarən yeni Gəncə-Qəbələ-Gəncə reysini istifadəyə verəcək.

King.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, paytaxtdan kənarda fəaliyyət göstərəcək bu ikinci regiondaxili dəmiryol marşrutu ölkəmizin iki tarixi, mədəni və turizm mərkəzini rahat və təhlükəsiz səfərlərlə birləşdirəcək.

Yeni marşrut vasitəsilə həm də Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etmək mümkün olacaq. Biletlər bu gündən satışa çıxarılacaq.

Şərhlər (0)

Şərh yaz