"Ukraynadakı münaqişənin həlli istiqamətində iki mümkün variant mövcuddur".
King.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.
"Münaqişənin həlli istiqamətində hər iki varianta hazır olacağıq: həm diplomatik yolla danışıqlara, həm də hərbi əməliyyatlara", - deyə Ukrayna lideri bildirib.
Eyni zamanda, o, danışıqlarda daha sürətli irəliləyiş əldə olunması üçün Avropa İttifaqı ölkələrindən Rusiyaya təzyiqləri yenidən artırmağı xahiş edib. Ukrayna lideri müttəfiqlərinə dəstəyə görə təşəkkür etməyi də unutmayıb.
Oxşar Mövzular
Məşhur duet yeni filmə çəkilir
16-12-2024, 14:26Dris Mertensə "Qalatasaray"da qalması üçün üç vəzifə təklif edildi
25-03-2025, 22:24