0
Çərşənbə axşamı
Yan 06

Yaponiyada 6,2 bal gücündə zəlzələ olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Yaponiyanın Çuqoku bölgəsində 6.2 bal gücündə zəlzələ baş verib.

King.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələdən sonra güclü afterşoklar qeydə alınıb. Zəlzələnin episentri Şimane prefekturasının şərq hissəsində yerləşib. Agentlik əlavə edib ki, sunami təhlükəsi yoxdur.

Episentrdən təxminən 32 kilometr uzaqda yerləşən Şimane atom elektrik stansiyasını idarə edən "Chugoku Electric Power" şirkəti stansiyanın 2-ci enerji blokunda fəaliyyətin normal rejimdə davam etdiyini açıqlayıb.

Yaponiyanın Nüvə Tənzimləmə Agentliyi isə zəlzələdən sonra hər hansı anomaliyanın qeydə alınmadığını bildirib.

Şərhlər (0)

Şərh yaz