"Danimarka və Qrenlandiya hakimiyyəti qarşı tərəfi adanı ABŞ-yə satmaqda maraqlı olmadıqlarına inandırmağa çalışırlar".
King.Az xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa İttifaqının adının açıqlanmasını istəməyən bir diplomatına istinadən məlumat yayıb.
Nəşrin mənbəsinin məlumatına görə, Danimarkanın ABŞ-dəkı səfiri Yesper Myeller Syerensen və Qrenlandiyanın Vaşinqtondakı nümayəndəsi Yakob İbosetsen bu yaxınlarda ABŞ konqresmenləri ilə görüşüblər. Tərəflər arasında danışıqların çox gərgin keçdiyi vurğulanıb.
"Görüşdə hər iki diplomat qarşı tərəfi Qrenlandiyanın ABŞ tərəfindən satın alınmaq istəmədiyinə və Danimarkanın belə bir sövdələşmədə maraqlı olmadığına inandırmağa çalışıblar", - deyə nəşr adı açıqlanmyan diplomata istinadən məlumat yayıb.
Oxşar Mövzular
Ukraynada atəşkəs danışıqları: Rusiya ABŞ-dən nələri tələb edib?
13-03-2025, 14:37İsrail və ABŞ Suriyaya genişmiqyaslı zərbələr endiriblər
9-12-2024, 02:02
Avstraliya və Avropa İttifaqı yeni müdafiə tərəfdaşlığı sazişi imzaladı
24-03-2026, 14:58