2026-cı ilin əvvəlində Rusiya Ukraynaya qarşı ilk dəfə yeni "Geran-5" zərbə pilotsuz uçuş aparatından (PUA) istifadə edib.
King.Az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi "Telegram" kanalında məlumat yayıb.
Bildirilir ki, "Geran-5" bu seriyanın əvvəlki modifikasiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. PUA-nın uzunluğu təxminən 6 metr, qanad genişliyi isə 5,5 metrə qədərdir və o normal aerodinamik sxem üzrə hazırlanıb.
Aşkar edilmiş elementlər arasında 12 kanallı "Kometa" peyk naviqasiya sistemi, "Raspberry" mikrokompüteri bazasında treker, 3G/4G modemləri və "Telefly" reaktiv mühərriki tapılıb. Döyüş başlığının çəkisi təxminən 90 kiloqram, məhv etmə məsafəsi isə 1000 kilometrə qədərdir.
Dronun konstruksiyası və texnologiyası İranın "Karrar" PUA-sı ilə aşkar oxşarlıqlara malikdir.
Oxşar Mövzular
Enerji içkilərinin səbəb ola biləcəyi XƏSTƏLİKLƏR
2-03-2025, 15:18
İftar vaxtı – Ramazanın on yeddinci günü, 17 mart 2025-ci il
16-03-2025, 22:42
