0
Bazar ertəsi
Yan 12

Bakıda 66 yaşlı kişi dəm qazından zəhərlənib öldü

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Bakının Qaradağ rayonunda 66 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

King.Az-ın məlumatına görə, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü qəsəbə sakini Seyfulla İsmayıl oğlu Seyfullayev yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından boğulub. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər (0)

Şərh yaz