0
Çərşənbə axşamı
Yan 13

NATO planlarını dəyişir: Türkiyənin qırıcı təyyarələri Estoniyaya erkən çağırılır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

NATO Türkiyəyə Baltik regionu üzərində hava məkanının patrul missiyasında iştirak etmək üçün "F-16" qırıcılarını planlaşdırılan müddətdən əvvəl təqdim etmək xahişi ilə müraciət edib.

King.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Türkiyə təyyarələri 2026-cı ilin avqustundan dekabrına qədər Estoniyada olmalıdır ki, bu da ilkin qrafikdən bir neçə ay əvvəldir.

Türkiyə artıq 2026-cı ilin dekabrından 2027-ci ilin martına qədər "F-16" təyyarələrini Rumıniyada yerləşdirməyi planlaşdırırdı. "Bloomberg" qeyd edir ki, Ankara hələlik alyansın erkən sorğusuna rəsmi cavab verməyib.

Türkiyə qırıcı təyyarələri patrul missiyasında sonuncu dəfə 2025-ci ilin əvvəllərində iştirak edib. Sorğu bölgədəki gərginliyin artması səbəbindən edilib: dekabr ayında Türkiyənin "F-16" təyyarəsi Qara dəniz üzərində bir pilotsuz təyyarəni vurub və dronun qalıqları daha sonra Türkiyədə aşkar edilib.

Şərhlər (0)

Şərh yaz