Yəmən hökuməti istefa verib və xarici işlər naziri Şayya Möhsen əl-Zindani ölkənin yeni baş naziri təyin edilib.
King.Az xəbər verir ki, bu barədə SABA xəbər agentliyi məlumat verib.
Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad Muhammed əl-Alimi tərəfindən verilən fərmana görə, Şayya Möhsen əl-Zindani Nazirlər Şurasının sədri təyin edilib və hökuməti qurmaq ona tapşırılıb.
Fərmana əsasən, mövcud kabinet yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.
Yəmən Baş naziri Salem Saleh bin Breykin istefa ərizəsi yanvarın 15-də qəbul edilib.
Qeyd edək ki, dekabr ayında Yəməndəki vəziyyət kəskin şəkildə gərginləşib. Buna Cənubi Yəmənin müstəqilliyini bərpa etməyə çalışan Cənub Keçid Şurası (STC) qüvvələrinin genişmiqyaslı hücumu səbəb olub.
Oxşar Mövzular
Tramp: "Ukrayna və Rusiya arasında hər şey yaxşı gedir"
13-04-2025, 18:42
Ronaldu hoteli üçün işçilər toplayır: Vakansiyalar və maaşlar açıqlandı
29-09-2024, 14:09Bu bürclər sevgidə xoşbəxt ola bilmir
11-02-2025, 10:00