Azərbaycanda kinematoqrafiya sahəsində qanunvericilik təkmilləşdirilir.
King.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Kinematoqrafiya haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, kinematoqrafiya sahəsində bir sıra anlayışlar dəqiqləşdirilir, xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsi üçün yeni təşviq mexanizmləri yaradılır.
Qanun layihəsində sahə üzrə anlayışların genişləndirilməsi və dəqiqləşdirilməsi nəzərdə tutulur. Dəyişikliklərə əsasən, "milli film", "xarici film", "birgə istehsal filmi", eləcə də film istehsalının mərhələlərini (hazırlıq, çəkiliş, tamamlanma) əhatə edən anlayışlar əlavə edilir. Layihədə həmçinin, "yerli prodüser" və "xarici prodüser" anlayışları ayrıca müəyyən edilib. Qeyd edilən dəyişiklik hüquqi münasibətlərdə subyektlərin statusunu dəqiqləşdirəcək, dövlət dəstəyi və təşviq mexanimzlərinin tətbiqi zamanı şəffaflığı artıracaq.
Oxşar Mövzular
Britaniya və Fransa "Storm Shadow" raketlərinin sifarişini artırıblar
10-07-2025, 12:05
Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
10-04-2026, 12:37
