0
Cümə axşamı
Yan 22

"Netflix"in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Netflix" ötən il reklamdan əldə etdiyi gəliri 1.5 milyard dollara çatdırıb ki, bu da 2024-cü illə müqayisədə ikiqat artım deməkdir.

King.Az xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.

Bildirilir ki, "Netflix"in reklam biznesindəki bu qazanc sıçrayışı, aylıq 7.99 dollar olan reklamlı tarifə abunəçilərin sayının artması fonunda baş verib. Keçən ilin may ayına olan məlumata görə, bu tarifdən 94 milyon istifadəçi yararlanıb.

Ümumilikdə isə 2025-ci ildə Netflix 12.05 milyard dollar gəlir əldə edib, platformanın abunəçilərinin sayı isə 325 milyon nəfərə çatıb.

Şərhlər (0)

Şərh yaz