0
Cümə
Yan 23

Qvineya prezidenti hökuməti istefaya göndərdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Qvineya Prezidenti Mamadi Dumbuyanın fərmanı ilə Baş nazir Amadu Uri Banın rəhbərlik etdiyi keçid hökuməti istefaya göndərilib.

King.Az xəbər verir ki, bu barədə "Guinea 360" xəbər portalı məlumat yayıb.

Dövlət başçısı nazirliklərin rəhbərlərinə yeni hökumət təyin olunana qədər cari işlərə davam etməyi tapşırıb. Yeni kabinet tərkibinin və onun rəhbərinin adının yaxın günlərdə açıqlanması gözlənilir.

M.Dumbuya cəmi bir həftə əvvəl Qvineya prezidenti vəzifəsini icra etməyə başlayıb. O, 28 dekabr 2025-ci ildə ölkədə keçirilən seçkilərdə qalib gəlib. Qvineyada prezidentlik müddəti yeddi ildir.

Şərhlər (0)

Şərh yaz