Məhkəmə "Real Madrid" futbol klubuna qarşı ətraf mühitin səs kirliliyi ilə bağlı ekoloji cinayətdə ittiham edib.
King.Az bu barədə "El Confidencial" nəşrinə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, məhkəmənin əlində sübutlar var ki, komandaya məxsus "Santyaqo Bernabeu" stadionunda keçirilən hər bir konsert zamanı səs səviyyəsi qanunla icazə verilən həddən artıq olub.
2019-2024-cü illərdə "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işləri aparılıb ki, bu da klub üçün təxminən 1.7 milyard avroya başa gəlib. Yenidənqurma sayəsində "Real Madrid" stadionda konsertlər təşkil etmək və gəlir əldə etmək imkanı qazanıb.
Konsertlərdən sonra "Santyaqo Bernabeu" stadionunun yerləşdiyi Çamartin rayonunun sakinləri klubdan şikayət ediblər. Vətəndaşların etirazları və şəhər bələdiyyəsinin cərimələrindən sonra "Real Madrid" müvəqqəti olaraq stadionda belə tədbirlərin keçirilməsini dayandırıb.
Oxşar Mövzular
Bakıda bir məktəbə direktor TƏYİN EDİLDİ
11-10-2024, 18:44
Gündəlik Bürclər-(19.02.2026)
19-02-2026, 00:30