Böyük Britaniya hökuməti 2026-cı ilin sonunda Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) daşıyıcılarına dəniz xidmətlərinin göstərilməsinə qadağa tətbiq edəcək.
King.Az TASS-a istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın xarici işlər nazirinin müavini Stiven Dauti bildirib.
Onun sözlərinə görə, London artıq Rusiyadan mayeləşdirilmiş təbii qaz daşıyan 16 gəmiyə, həmçinin "Arktik LNG-2" layihəsinə və Çindəki "Beihai LNG terminalı"na qarşı sanksiyalar tətbiq edib.
Dauti həmçinin xatırladıb ki, 2023-cü ildə Böyük Britaniyada Rusiyadan LNG idxalına qadağa qüvvəyə minib.
Oxşar Mövzular
Üzərlik haqqında - Özbək və Türkmənlərin sirri
26-10-2024, 00:54Niki Minaj köməkçisini döyüb?
5-01-2025, 17:51Karlo Ançelotti dörd il müddətinə həbs oluna bilər
3-04-2025, 17:28