Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib.
King.Az "Report"a istinadən xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-cı il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü N.Şabutova, 2010-cu il təvəllüdlü D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Onların "paytaxt" salatından zəhərləndikləri ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Mövzular

"Barselona" "Real Madrid"i məğlub edərək İspaniya çempionu oldu
11-05-2026, 12:40
Gündəlik Bürclər-(12.02.2026)
12-02-2026, 00:00
Qalibaf yenidən İran parlamentinin sədri seçildi
25-05-2026, 14:57