İngiltərə Premyer Liqasının 26-cı turunun "Sanderlend" - "Liverpul" matçı keçirilib.
King.Az xəbər verir ki, matç qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1.
Qarşılaşmada yeganə qolu Vircil van Deyk vurub.
Aktivində 42 xal olan "Liverpul" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Sanderlend" 36 xalla 11-ci yerdədir.
Turnir cədvəlinə 56 xalla "Arsenal" başçılıq edir.