Son bir il ərzində Yerə yaxınlaşan ən böyük asteroid fevralın 14-də planetimizin yanından təhlükəsiz məsafədə keçəcək.
King.Az xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası tərəfindən yayılıb.
Məlumata görə, ölçüləri təxminən 0.5-1 kilometr arasında qiymətləndirilən 162882 (2001 FD58) asteroidi şənbə günü Yerə bir neçə milyon kilometr məsafəyə qədər yaxınlaşacaq. Bildirilir ki, bu obyekt son bir il ərzində Yer ətrafında 7.5 milyon kilometr radiuslu zonadan keçən səma cisimləri arasında ən böyüyüdür. Qeyd olunan zonaya daxil olan obyektlər avtomatik olaraq "potensial təhlükəli" kateqoriyasına aid edilir.
Bununla belə, mütəxəssislər asteroidin Yer üçün real təhlükə yaratmadığını vurğulayıblar. Onun planetlə toqquşma ehtimalı sıfır olaraq qiymətləndirilir.
Oxşar Mövzular

İctimai Radionun 20 yaşı tamam olur
10-01-2026, 13:09Uşaqlarda baş ağrılarının təhlükəli nəticələri açıqlanıb
12-01-2025, 17:21Çeçenistanda qadınlar və kişilər üçün ayrıca qapısı olan aptek açılıb
16-12-2024, 11:19